Prandelli istefaya göndərildi

prandelli“Valensiya” baş məşqçisi Çezare Prandellini istefaya göndərib.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, baş məşqçi vəzifəsinə müvəqqəti olaraq Voro yerinə yetirəcək.

Qeyd edək ki, Ç.Prandelli oktyabrdan “Valensiya”nı çalışdırırdı. Onun baş məşqçilik etdiyi komandaya La Liqada 8 oyundan cəmi 1-ində qələbə qazanıb.

Əlavə edək ki, “Valensiya” 12 xalla turnir cədvəlinin 17-ci pilləsində qərarlaşıb.