Rusiya ABŞ-a necə cavab verəcək?

Rusiya hökuməti 35 amerikan diplomatını sanksiyalara cavab olaraq ölkədən xaric edə bilər

Rusiya xarici işlər nazirliyi Vladimir Putinə ABŞ səfirliyinin 31 və Sankt-Peterburqdakı baş konsulluğun isə 4 əməkdaşını ölkədən xaric etmək təklifi edib, – xarici işlər naziri Sergey Lavrov bəyan edib. Bu cür tədbirlər ABŞ-ın irəli sürdüyü sanksiyalara cavab olacaq.

“Əlbəttə, biz belə hoqqaları cavabsız qoya bilmərik. Qarşılıq vermək – bu, diplomatiya və beynəlxalq münasibətlərin qanunudur”, – nazir deyib.

Lavrov həmçinin təklif edib ki, amerikan diplomatlarına Serebryanom Borudakı kottecdən və paytaxtdakı anbardan istifadəyə qadağa qoyulsun.