Təhqir edən kənarda qalıb, təhqir olunanların ovuna çıxıblar
Sürətli bahalaşmanı və sürətli ucuzlaşmanı müşahidə edirik. İşığın, qazın, suyun, ərzaqın, geyimin, avtomobilin qiyməti bahalaşır, insanın qiyməti isə ucuzlaşmağa davam edir. Əslində, bu ölkədə bütün bahalaşmalar insanın ucuzlaşmasından doğur. Bəli, əgər bu ölkədə insanlara qiymət
Son günlər ölkədə baş verənlər bir daha təsdiqlədi ki, bu ölkədə verilsəydi, insan həyatının dəyəri olsaydı, bu qədər süni bahalaşmanın şahidi olmazdıq. insan həyatının devalvasiyasını hökumət məqsədli şəkildə həyata keçirir. Deputat Astan Şahverdiyev milyonlarla vətəndaşı təhqir etdi, onun səs yazısı bütün ölkə boyu yayımlandı və uzun müzakirələrdən sonra Astan Şahverdiyev könülsüz üzr istədi. Ardınca digər mandat daşıyanlar ortaya çıxdı və Astan Şahverdiyevə haqq qazandırmağa başladılar. Nəticə isə bundan ibarətdir ki, Astan Şahverdiyev əvvəlki həyatına davam edir və ona qarşı heç bir ciddi addım atılmadı.
Amma Astan Şahverdiyevin təhqir etdiyi adamları həbs edirlər. Son məlumata görə 10-a yaxın etirazçı saxlanılıb və hadisə yerində olan adamlar bir-bir dindirilməyə çağırılır.
Deməli, vətəndaşı təhqir edənə güldən ağır söz deyən olmadı, amma öz haqqını tələb edənlərin ovuna çıxıblar. Deməli, vətəndaşa “tör-töküntü”, “otxod” demək olar, amma vətəndaş “işıqpulunu ödəyə bilmirəm” deyə bilməz. Bir daha aydın olur ki, hökumət üçün vətəndaşın şərəf və ləyaqəti, keçirdiyi sarsıntılar heç bir önəm daşımır. Dünyanın hər yerindən Astan Şahverdiyevə qarşı etirazlar gəlir, bütün ölkə buna etiraz edir, ama hökumət təhqir edəni yox, təhqir olunanı cəzalandırır.
Bunların vətənpərvərlik təbliğatı da saxtadır. Hansısa Avropalı deputat, Amerikalı konqresmen Azərbaycan haqqında tənqidi fikir səsləndirəndə şüvənlik salırlar, kimsə Qarabağa səfər edəndə həmin adamın ölkəyə girişinə qadağa qoyurlar, Azərbaycana qarşı qərəzin, ikilistandartların olduğunu söyləyirlər. Amma indiki halda Qarabağdan didərgin düşənlər təhqir olunur, vətəndaş aşağılanır və hökumət buna haqq qazandırır. Ən böyük qərəzi, ikilistandartları hökumət sərgiləyir.
Bu adamlar dövlət əleyhinə çıxmayıblar, dövlət əmlakına zərər vurmayıblar, başqa şüarlarla çıxış etməyiblər. Sadəcə olaraq çətin vəziyyətdə yaşadıqlarını bildiriblər və buna görə də həmin əraziyə polis qüvvələri yeridilib.
Hökumət vətəndaşa belə hörmət qoyduğuna görə, Astanlar da rahatlıqla vətəndaşı təhqir edə bilir. Zərrə qədər həya hissi, xalq sevgisi olan hökumət bu hadisədən sonra vətəndaşlara üzrxahlıq edərdi, hadisə yerinə gedib insanların dərdinə şərik olardı. Bunlar isə utanmaq hissini o qədər itiriblər ki, üzrxahlıq eləmək əvəzinə, adamları həbs edirlər. Hətta məlum olub ki, sakinlər arasında döyülənlər, xəstəxanaya düşənlər də var.
Yenə də o nəticəyə gəlirik ki, bu ölkədə insan ən dəyərsiz varlqıdır. Biləsuvarda baş verənlərdən sonra adamalrın həbs olunması da göstərdi ki, Astan öz şəxsi fikirlərini deyil, ümumi mövqeyi ifadə edib.
İlham