Cari ilin noyabrın 30-a Azərbaycanda fəaliyyət göstərən 32 bankın cəmi aktivləri 31,869 mlrd. manat, cəmi öhdəlikləri 29,579 mlrd. manat təşkil edir.
Maliyyə Bazarlarına Nəzarət Palatasından “APA-Economics”ə verilən məlumata görə, sektorun balans kapitalı 2,290 mlrd. manatdır.
Hazırda ölkədə iki dövlət bankı fəaliyyət göstərir.
Xarici kapitallı bankların sayı 15, o cümlədən xarici bankların yerli filiallarının sayı 2-dir. Bankların filiallarının sayı 568, şöbələrinin sayı 129, ATM-lərin sayı 2454-dür. Bütövlükdə, bank sektorunun işçi heyəti 17 min nəfərdir.
Maliyyə bazarlarının digər iştirakçıları olan bank olmayan kredit təşkilatlarının (BOKT) sayı 156, o cümlədən kredit ittifaqlarının sayı 109-dur. BOKT-in işçi heyəti 2882 nəfərdir.