Sərhəddəki toqquşmaya Moskvadan reaksiya

bordyuja“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı” nın (KTMT) baş katibi Nikolay Bordyuja Ermənistan-Azərbaycan sərhədində baş verən silahlı toqquşmanı təxribat adlandırıb:

”Təşkilatın baş katibliyi bu insidenti narahatlıqla qaşılayır. KTMT üzvü olan ölkənin ərazisində baş verən bu hərəkətə təxribat kimi baxırıq, xüsusilə də bu ilin aprelində Dağlıq Qarabağdakı cəbhə xəttində baş verən ağır silahlı insident fonunda”, baş katib bəyanatında bildirib.