Onları “İlin mübarizi” seçdilər FOTO

ilin-mubariz-adamlari

Azərbaycanlı dindarlar da qonşu demokratik ölkələrdə təşkilatlanmağa məcbur olublar. Bu yaxınlarda Tbilisidə «Qafqaz Dini Etiqad Vicdan Azadlığının Müdaifə Mərkəzi» (QDEVAMM) adlı hüquq müdafiə təşkilatı rəsmən qeydiyyatdan keçib.

Təşkilat elə bu arada Azərbaycanda dini etiqad azadlığı uğrunda fəaliyyəti ilə fərqlənən 6 nəfəri “İlin mübarizi” mükafatı ilə təltif edib. Bu barədə QDEVAMM-ın sədr əvəzi Polad Aslanov məlumat yayıb. Məlumatda deyilir ki, təşkilat mükafatlandırdığı şəxsləri dini etiqad sahəsində hökümət tərəfindən qanun pozuntularına göz yummayan, qorxmadan mübarizə aparan insanlar kimi dəyərləndirir. “Çox təssüf edirəm ki, iqtidar dini etqad və vicdan azadlığı sahəsində qanun pozuntularına qarışı mübarizə aparan insanları ağır itihamlarla şər ataraq həbs edib. Dini etiqad və vicdan azadlığı sahəsində qanun pozuntularına qarşı mübarizə aparan insanlar çoxdu, amma bizim nizamnaməyə görə, hər sahədən yalnız bir nəfəri mükafatlandıra bilərik”, – deyə P.Aslanov bildirib.

Təşkilatın “İlin mübarizi” seçdiyi şəxslər bunlardır: Leyla Yunus, Tale Bağırzadə, Fuad Qəhrəmanlı, Oqtay Gülalıyev, Seymur Həzi, Eldəniz Quliyev.

Qeyd edək ki, bu təşkilat Azərbaycanda fəaliyyət göstərən, rəhbəri Hacı İlqar İbrahimoğlu olan DEVAMM adlı təşkilatla əlaqəli deyil.

QDEVAMM 6 sahə üzrə ilin mübarizi adamını seçib
QDEVAMM 6 sahə üzrə ilin mübarizi adamını seçib
QDEVAMM 6 sahə üzrə ilin mübarizi adamını seçib
QDEVAMM 6 sahə üzrə ilin mübarizi adamını seçib
QDEVAMM 6 sahə üzrə ilin mübarizi adamını seçib
QDEVAMM 6 sahə üzrə ilin mübarizi adamını seçib