ali kerimli3

Hökumət vətəndaşdan nə qədər az asılıdırsa, vətəndaş da o qədər dəyərsiz olur

ali_kerimli3AXCP sdəri Əli Kərimli facebookda SOCAR-ın Xəzərdə batan neftçi ailələrinə biganə münasibətindən yazıb:

“Adam dəhşətə gəlir. Həlak olan neftçilərin ailələrinə cəmi min manat pul təklif edilib. Ötən il 30 nəfər həlak olanda ictimai etirazlar çox olmuşdu, ona görə də ailələrə 15 min manat ilkin yardım edilmişdi. Həlak olan neftçilərə verilən sığorta pulu da 14 min dollardır (26 min manat). Ailə vəziyyətinə görə bu rəqəm arta bilər. İndi isə bu rəqəmin nə qədər kiçik olduğunu müqayisədə dərk edək.

Yox, mən SOCAR-ı Meksika körfəzində həlak olan hər bir neftçinin ailəsinə 8 milyon dollar kompensasiya ödəyən BP ilə müqayisə etmirəm. Qonşuluğumuzdakı Rusiyaya baxaq. Bugünlərdə Soçidə təyyarə qəzasında həlak olanların hər birinin ailəsinə 6.8 milyon rubl və ya 111 min dollar kompensasiya ödənildi.

Bizdə hökumətin vətəndaşına verdiyi dəyər hətta avtoritar Rusiyanın da öz vətəndaşına verdiyi dəyərdən 8 dəfə aşağıdır. Düstur aydındır. Hökumət vətəndaşdan nə qədər az asılıdırsa, vətəndaş da o qədər dəyərsiz və “ucuz”dur”.