Avropa Birliyi yardım ayırdı – 55 milyon avro

avropa_birliyi-bina-bayraqAvropa Birliyi Ukraynaya 55,125 milyon avro yardım ayırıb.

Bununla da qurumun rəsmi Kiyev üçün nəzərdə tutduğu yardım paketi tamamlanıb.

Birinci tranş 250 milyon avro idi və 2014-cü ilin iyulunda ayrılmışdı.
Ukrayna Maliyyə Nazirliyi ayrılan yardımı ölkədəki islahatların Avropa Birliyi tərəfindən etirafı kimi dəyərləndirib.

«Bu vəsait Avropa Komissiyasının Ukraynada aparılan islahatlara, korrupsiya qarşı mübarizəyə və dövlət sifarişləri ilə bağlı vəziyyətə verdiyi qiymətin nətijəsidir», deyə nazirlikdən bildiriblər.

Qeyd edək ki, bu vəsait yardım xarakterlidir və geri qaytarılmamaq şərti ilə ayrılıb.

 

Gültəkin