pul-korrupsiya

Qazdıqları quyuya düşənlər

pul-korrupsiyaKorrupsiya korrupsionerləri necə hədəf seçir?

Azərbaycanda vəzifə kreslosunda oturmaq, külli miqdarda pul qazanmaq deməkdir. Rüşvət ala bilməyən, çirkli əməliyyatlara imza atmayan, yığdıqlarından yuxarılara ənam etməyən adam vəzifədə işləyə bilməz. Bu bir ənənədir və bu ənənə uzun illərdi davam edir.
Təkcə MTN-də baş verənlər kifayət etdi ki, bu qənaət özünü tam doğrultsun. Məlum oldu ki, onuncu dərəcli məmurun da onlarla obyekti, küllü miqdarda pulu var.
Amma baş verənlrə daha maraqlı məqamları üzə çıxarır. Məsələn, hansısa vəzifəni tutmuş şəxs, əlindən alınmış pulları tələb edə bilmir. Çünki, bu pullar tələb olunanda həmin adamın özünün cinayətləri ortaya çıxıb. Tutalım Nəqliyyat nazirinin müavinin məhkməsi gedir, adam oğurlanan qızıllarını tələb edir. Amma dərhal onun qarşısına yeni sual çıxır ki, bu qədər qızılı hardan almışdın. İctimai rəydə də onun zərərçəkən kimi yox, korrupsioner kimi qəbul edirlər. “Oğrudan oğruya halaldır” prinsipi işə düşür.
Yaxud, “Metropoliten”in keçmiş rəisi, YAP Yasamal şöbəsinin sədri Tağı Əhmədov Akif Çovdarova 3 milyon verdiyini söyləyir və pullarını təlbə edir. Akif Çovdarov da sual edir ki, sən bu 3 milyon manatı hardan almışdın? Eyni zamanda cəmiyyətdən də sual gəlir ki, Tağı Əhmədov bu pulları necə qazanıb, hansı cinayəti olub ki, Akif Çovdarov onu şantaj edə bilib.
Belə faktlar çoxdur. Nəticə onu göstərir ki, adamalr çirkli fəaliyyətlərinə görə öz haqlarını tələb edə bilmirlər. Əgər bu pullar halallıqla qazanılsaydı, mənbələr göstərilə bilsəydi, adamalr öz pullarını arxayınlıqla təlbə edə bilərdilər. İndiki halda isə Tağı Əhmədov və bu qəbildən olan adamlar korrupsiyanın hədəfinə çevriliblər. Özlərinin fəaliyyəti şəffaf olmadığına görə, başqalarından ədalət tələb edə bilmirlər. Hansıki, Tağı Əhmədov “Azadlıq” qəzetini “5” qəpik ittihamına görə məhkəməyə vermişdi, qəzetdən 30 min manat təzminat almışdı və yazılanları şərəf və ləyaqətinin alçaldılması kimi qiymətləndirmişdi. İndiki halda isə Tağı Əhmədov 3 milyonluq ittihamın cavabını verə bilmir və ləyaqət məsələsi önə çəkilmir.
Rejim mənsubları qazdıqları quyuya özləri düşürlər. Xdimət etdikləri rejimin dövründə soyğunçuluğa məruz qalırlar, şantajın qurbanına çevrilirlər. Korrupsiya korrupsionerlərin də bəlasına çevrilib. Yığdıqlarını geri istəyə bilmirlər. Əllərindən alınanı tələb etməkdə acizdilər. Sabah bu adamalrın milyonluq mülklərini, maşınlarını, obyektlərini də əllərindən ala bilərlər və özlərini də susdura bilərlər. Çünki, dilləri qısadır, bioqrafiyaları ləkəlidir.
Deməli, bu qədər zülmlə qazanılan pulların sığortası yoxdur, şər rejimə qulluq eləmək təhlükədən xilas etmir.

Samir