Soçidə baş verən təyyarə qəzası terror aktıdır?

teyyare qezaRusiya müdafiə nazirliyinə məxsus Tu-154 təyyarəsinin Soçidə qəzaya uğramasının səbəbinə dair bütün versiyalar istintaq komissiyası tərəfindən yoxlanılır. Buna terror aktı səbəb olub, yoxsa texniki problem? Bu barədə ekspertlər də öz fikrini bildirib.
Məşhur test-pilot, Rusiyanın qəhrəmanı Maqomed Tolboyev hesab edir ki, hadisənin təyyarənin qalxışı zamanı baş verdiyini nəzərə alsaq, situasiyada insan faktorunun rol oynadığı az ehtimallıdır.
“Texniki faktor ola bilər. Ancaq nəzərə alsaq ki, təyyarə havaya qalxırdı, qəzaya insan faktorunun səbəb olduğuna inanmıram”, – deyə Tolboyev bildirib. Onun sözlərinə görə, katastrofanın baş vermə səbəbinə dair ilk rəsmi açıqlama “qara qutu” tapılandan və şifrəsi açılandan sonra gələcək.
Pilot təlimatçı mayor Andrey Krosnoperov deyib ki, pilotun və ya texnikanın səhvi versiyaları bu cür hadisələrin araşdırılmasında ilk növbədə nəzərdən keçirilir. “Ancaq çox şübhəlidir ki, təyyarə qalxışından bir neçə dəqiqə sonra radarlardan itir. Havaya qalxış zamanı təyyarə nadir hallarda qəza keçirərək yerə düşür, xüsusilə də bu tipli təyyarələr. Tu-154 3 mühərrikə sahibdir və etibarlı təyyarədir”, – pilot deyib.
“Mən fikirləşirəm ki, Şarm-əl-Şeyxdə olduğu kimi təyyarə bu dəfə də partladılıb. Orda da əvvəlcə sürət 780 km olub, sonra qəfil 170 km-ə düşüb və 1000 metr hündürlükdə yoxa çıxıb”, – Krasnoperov müqayisə edir.
Pilot həmçinin təyyarənin söküntülərinin böyük əraziyə dağılmasına diqqət çəkib (təxminən 15 km). “Əgər təyyarə yerə bütöv şəkildə düşsə idi, təyyarənin dağıntıları bu qədər olmazdı, inanın. Bütün bunlar təyyarənin partladılmasına işarədir. Deməli, kiməsə çamadan veriblər ki, bunu təyyarəyə yerləşdirsin. İnanın, təyyarənin dağıntılarının bu cür ekspansiyası ancaq təyyarə havada partlayanda olur”, – mayor izah edib.
Aviaekspert Vadim Lukaşeviç də həmçinin qeyd edir ki, təyyarənin qalıqları böyük əraziyə yayılıb, bu da ona işarə ola bilər ki, təyyarə hələ havada ikən məhv edilib.