Qarsdakı Qafqaz Universiteti Xocalı soyqırımı mövzusunda beynəlxalq şeir müsabiqəsi keçirir

qafqaz-qarsBu barədə Universitetin Çağdaş Türk ləhçələri və Ədəbiyyatları bölüm başqanı Yrd.Doç.Dr. Afina BARMANBAY (MƏMMƏDLİ) məlumat verib.

Müsabiqə barədə informasiyada deyilir:

“2017-ci ilin fevralında Xocalı soyqırımının 25 illiyidir. Bu faciəli hadisələrin ədəbiyyatda əksi bugünümüz və daha çox da gələcəyimiz üçün olduqca böyük önəm kəsb edər. Gənc nəslin Xocalı faciəsini qəlblərində, damarlarında, qanlarında və ruhlarında hiss etmələri üçün şeir ən qısa və sürətli təsir imkanına malikdir. Burdan yola çıxaraq, Türkiyənin Kafkas Universiteti “Türk dili və ədəbiyyatı” bölüm başqanı Doç. Dr. Mitat Durmuşun təklifi ilə “Türk dili və ədəbiyyatı” və Türkiyədəki sırf Azərbaycan Türkcəsi və Ədəbiyyatı ixtisası üzrə kadr buraxan yeganə bölüm “Çağdaş Türk ləhcələri və Ədəbiyyatları” bölümlərinin işbirliyi ilə Qarsda Xocalı qətliamı mövzusundakı beynəlxalq şeir müsabiqəsinə start verilib. Xocalı soyqırımı mövzusundakı bu müsabiqənin Azərbaycan xaricində təşkil edilməsi və dünyanın hər yerindən yarışmaya qatılma imkanı yaradılmasında əsas məqsəd Xocalı faciəsinin Türk dünyasının ortaq acısı kimi yaşanması və yetişməkdə olan gənc nəsillərin bilgiləndirilməsidir. Azərbaycanın Qars Başkonsulluğu, Qars Valiliyi, Qars Bələdiyyəsi və Kafkas Universitetinin dəstəkləriylə keçirilən beynəlxalq müsabiqəyə dünyanın hər yerindən 16 yaşdan yuxarı şairlər qatıla bilər. Türkiyə və ya Azərbaycan türkçəsində yazılacaq şeirlərin müəllifləri rumuz, yəni gizli kod adından istifadə etməlidirlər. Bu fəaliyyətin nəticəsinin qalıcı olmasına xidmət məqsədiylə toplanan şeirlərin kitab şəklində çap edilməsi nəzərdə tutulub.
Son qəbul tarixi : 19 fevral 2017
Nəticənin elan tarixi : 23 fevral 2017
Mükafatın təqdimat tarixi : 27 fevral 2017

Kafkas Universiteti.

Qaliblərin bütün xərcləri Azərbaycanın Qars Başkonsulluğu tərəfindən ödəniləcək. Müsabiqə ilə bağlı ətraflı məlumat aşağıdakı linkdədir:

http://www.kafkas.edu.tr/kau/TR/duyuru/Hocali-Katliami-Konulu-Uluslararasi-Katililimli-siir-Yazma-Yarismasi