İsrail BMT Təhlükəsizlik Şurasının yəhudi məskənlərinin salınmasının dayandırılmasına dair qətnaməsinin tələblərini yerinə yetirmək niyyətində deyil.
Bu bəyanatla yəhudi dövlətinin baş naziri Binyamin Netanyahunun nümayəndələri çıxış ediblər.
“İsrail BMT-nin bu rüsvayçı anti-İsrail qətnaməsini rədd edir və onun tələblərinə məhəl qoymayacaq”, – deyə bəyanatda bildirilib.



