Təyyarəni qaçıranlarla 2 saat danışıq aparılıb – Girovlar azad edildi

malta-qacirilmish-teyyareLiviyanın “Afriqiyah Airways” aviaşirkətinə məxsus təyyarəni qaçıran silahlılar girov götürdükləri sərnişinləri azad ediblər.

Maltaya enən 118 sərnişinli təyyarədən ilk növbədə qadınlar və uşaqlar buraxılıb.

«Maltatoday»in məlumatına görə, təyyarəni qaçıranlar (iki nəfər olduğu bildirilir) iki saatlıq danışıqdan sonra bütün sərnişinləri azad etməyə razılıq veriblər.

Malta rəsmisi Jozef Muskat bildirib ki, silahlılar Benqazidə blokadada qalan yaraqlılar üçün sərbəst keçid tələb ediblər: “Silahlılar təslim olublar və dərhal yerli poils tərəfindən saxlanılıblar”.

Qeyd edək ki, A320 təyyarəsi daxili reyslə Liviyanın Seba şəhərindən Tripoliyə uçurdu. Lakin yerli vaxtla saat 11.32-də Malta aeroportuna qəfil eniş etmişdi.

Gültəkin