Əsmər Ramazanova Yeni İli Finlandiyada keçirmək üçün Norveç Krallığı Səfirliyinə viza üçün müraciət edib. 10 gün sonra bütün sənədləri qaydasında olmağına baxmayaraq səfirlikdən Əsmərin viza müraciətinə məktubla imtina cavabı gəlib. Məktubda imtina səbəbi olaraq belə deyilir:
“Biz ərizəçini sosial, iqtisadi, siyasi şəraitdən dolayı emiqrasiya üçün əhəmiyyətli dərəcədə potensial ölkənin vətəndaşı kimi nəzərdən keçiririk. Bizim təcrübəmizdə Azərbaycandan viza müraciəti edənlərin bir çoxu başqa ölkələrə köçmək arzusunda olurlar.”
Qeyd edək ki, Əsmər Ramazanova bir müddət ABŞ-da yaşayıb və Kanadada təhsil alaraq Azərbaycana qayıdıb. Sosial şəbəkədə səfirliyin imtina cavabı pis qarşılanıb.
“Ola bilər ümumi ölkənin vəziyyəti belədir, amma harda qaldı individual yanaşma? Qalan idi, qalardı elə Kanadanın özündə, Finlandiyada niyə qalsın axı? Məncə, bu ümumi ölkənin vətəndaşlarına təhqirdir. Bu məntiqlə, ümumi axın var deyə indi biz gedib gəzə bilməməliyik? Ümumiyyətlə, bir səfirlik/konsulluq niyə işlədiyi ölkənin vətəndaşlarını bu ölçü ilə dəyərləndirsin?”, – deyə Sofi Əskərova yazıb.
Emin Aslan isə qeyd edib ki, Azərbaycanda artıq səfirliklər insanlara viza verməkdən imtina edir. “Əsas kimi də sosial, siyasi, iqtisadi vəziyyət göstərilir. Əgər səfirliklər insanlara belə yanaşırsa, zəhmət çəkib viza xidmətlərini aradan qaldırsınlar, insanları təhqir etməsinlər.Təbii ki, bu vəziyyətə düşməyimizin səbəbkarı olan hökümətimizi də hörmətlə yad edirik”, – deyə o, bildirib.
İlkin