natiqedilov

Siyasi məhbuslardan bunu heç gözləməzdim

natiqedilovNatiq Güləhmədoğlu
Biz həmişə demişik ki, siyasi məhbuslar günahsızdır.
Məni bağışlayın, bir doğma qardaşım, xeyli sayda dostum vicdan məhbusu, siyasi məhbus olsa da, mən daha belə qələt eləmək fikrində deyiləm.
Siyasi məhbuslar betər günahkarmış.

Odur, Avropa prokurorları üzə çıxardı ki, siyasi məhbuslarımıza görə yazıq büdcəmiz 3 milyon ziyana düşüb. 3 milyon hələ aysberqin görünən hissəsidir. Binəva hökumətimiz gedib bu siyasi məhbuslara görə Avropanın moşenniklərinə 3 milyon avro pul, kürü, xalça xərcləyib (Ətraflı BURANI BAS OXU) . Ki, onlar mötəbər məclislərdə Azərbaycanı pisləməsinlər, deməsinlər, Azərbaycanda insanları haqsız yerə damlayırlar.

Siyasi məhbuslarımıza görə büdcəmizin incəlməsinə son qoylsun!
Buna görə, o “ziyanxorları” dərhal türmədən açıb buraxmaq lazımdır ki, büdcəmizin yükü bir az azalsın. Yoxsa, belə olmaz, bəylər və xanımlar. 3 milyon avronun üstün düzəldib, Göyçayda ildə iki dəfə “Nar bayramı” keçirmək olar.