Qənimət Zahidin qohumları barədə son qərar ayın axırında verilə bilər

 

zahidov

Bu gün Sumqayıt Apellyasiya məhkəməsində “Azadlıq” qəzetinin baş redaktoru, “Azərbaycan saatı” televeziya  proqramının yaradıcısı Qənimət Zahidin narkotik ittihamı ilə həbs olunan qohumlarının məhkəmə baxışı üzrə yekun iclası keçirilib.

Rövşən Zayidovun vəkili Tahir Xanəliyev Bakı Ağır Cinayətlər məhkəməsinin hökmündən verdikləri apellyasiya şikayətinin dəlillərini müdafiə etdiyini bildirərək müvəkkili barədə bəraət hökmünün çıxarılmasını məhkəmə kollegiyasından xahiş edib.

Eləcə də, Rüfət Zayidovun vəkili də verdiyi apellyasiya şikayətinin dəlillərini müdafiə edərək Bakı Ağır Cinayətlər məhkəməsinin hökmünün dəyişdirilib işə bəraətverici əsaslarla xitam verilməsini məhkəmədən xahiş edib.

Dövlət ittihamını müdafiə edən prokuror isə apellyasiya şikayətinin təmin edilməməsini və  hökmün  dəyişdirilmədən saxlanılmasını istəyib.

Hakimlər yerində müşavirə edərək yekun qərarın dekabrın 28-də verilməsi barədə qərara gəliblər.

Azadlıq.info