Səfirin ölümü lirəni çökdürdü

turk liresiFED-in qərarından sonra dollar qarşısında məzənnəsi stabilləşən lirə dekabr ayının 19-dan yenidən ucuzlaşmağa başlayıb. Fins.az-ın məlumatına görə, əsas səbəb isə Türkiyədə Rusiya səfiri  Andrey Karlovun  öldürülməsidir.

Dünən gün ərzində dolların məzənnəsi 3,50 lirə təşkil edirdisə, səhər saatlarında 3,5350 lirəyə qədər yüksəlib. Avro 3,6730 lirə, funt isə lirə qarşısında 4,3780-ə qədər yüksəlib.

Qeyd edək ki, ötən həftə FED-in qərarından sonra  Dolar/TL 3,5410-a qədər yüksəlmişdi. Dünən baş verən terror aktı isə  lirənin dollar qarşısında 1,93 % dəyər itirməsinə səbəb olub.