Rusiyanın daha bir diplomatı öldürüldü – XİN-in şöbə rəisi evində güllələnib VİDEO

pyotr-polsikovRusiya Xarici İşlər Nazirliyinin əməkdaşı evində ölü tapılıb.

Bu barədə REN TV məlumat yayıb. Hadisə dünən paytaxt Moskvada, səfirin öldürüldüyü gecə baş verib. Öldürülən şəxs Rusiya XİN-in Latın Amerika departamentinin şöbə rəisi Pyotr Polşikovdur. O, yaşadığı evdə başından vurulub. Cinayətdə istifadə edilən silah isə mətbəxdə əl-üz yuyanın arxasından tapılıb. Hadisə ilə bağlı rəsmi açıqlama verilməyib.

https://www.youtube.com/watch?v=wvAT-8nDIQU

O da iddia edilir ki, Polşikov öldürülən zaman həyat yoldaşı evdə olub.