AXCP sədri Əli Kərimli facebook səhifəsində dünən gecə saatlarında Almaniyanın paytaxt Berlində baş verən terror aktından yazıb. Əli Kərimli yazır:
“Terror Avropanın ürəyinə – Berlinə də çatdı. Azı 12 nəfər terror qurbanıdır. Almaniya xalqına dərin hüznlə baş sağlığı verirəm. Angela Merkel öz siyasi karyerasını ciddi riskə atmaq bahasına da olsa, bir milyon müsəlman qaçqına Almaniyada sığınacaq vermiş bir liderdir. Almaniya Türkiyədən sonra ən çox müsəlman qaçqına qucaq açmış bir ölkədir. Almaniyanın gələn il miqrantlar üçün ayırdığı büdcə də 19 milyard avrodur. Terrorçunun şəxsiyyəti Almaniya polisi tərəfindən dəqiqləşdirilir. Ancaq terrorçunun milli və dini mənsubiyyətindən asılı olmayaraq, müsəlmanların hər yerdə, xüsusilə də Almaniyada terror əleyhinə öz səslərini ucaltması həm də mənəvi borcdur”.