Berlini qana boyayan şəxsin kimliyi məlum oldu

berlin-terrorAlmaniya polisi Berlini qana boyan şəxsin kimliyini müəyyən edib.

«Die Welt»in məlumatına görə, bu, Pakistandan olan 23 yaşlı Navid B. adlı gəncdir.

Onun qaçqınların məskunlaşdığı ərazidə yaşadığı, Almaniyanın Passau şəhərinə 2015-ci ildə gəldiyi bildirilir.

Navid bir neçə dəfə yol verdiyi xırda qanun pozuntularına görə polisin nəzarətində olubmuş.

Xatırladaq ki, dünən axşam Navid B. idarə etdiyi yük maşınını Berlində bayram yarmarkasına gələn insanların üzərinə sürüb. Nəticədə 12 nəfər ölüb, 50-yə yaxın insan yaralanıb.

Berlin polisi hadisəni mümkün terakt kimi araşdırır.

Gültəkin