Almaniyanın paytaxtı Berlində dünən baş verən terror aktı ilə bağlı yeni məlumatlar ədə edilib. “Die Welt”in polis qaynaqlarına əsasən verdiyi xəbərə görə polis nəzarətində saxlanılan şübhəlinin terroru həyata keçirmədiyini düşünür. Məlumata görə, əsl terrorçunun hadisə yerindən qaçdığı ehtimal olunur. Bu xəbərin ardından alman polisinin “twitter” üzərindən rəsmi açıqlamasında bildirilir ki, saxlanılan şübhəli bütün ittihamları rədd edir. Yenidən əsl terrorçunun axtarışına başlanıldığı və terrorçunun hələ də silahlı olduğu bildirilib.
Azadliq.info




