Milyonları lukakimilərə yedizdirənlər cavab verməyə hazırlaşsınlar

ali-kerimli-tribunaAXCP sədri Əli Kərimli facebook səhifəsində Azərbaycan hakimiyyətinin İtaliyadan olan bir deputatla rüşvət sövdələşməsindən yazıb. Yazını təqdim edirik:

“Yeni rüşvət və korrupsiya ifşaları gəlir. Yalnız İtaliyadan olan bir deputata Luka Volonteyə 2 milyon 390 min avro həcmində rüşvət veriblər.

Bilirsiniz nəyə görə? Ona görə ki, vaxtilə AŞ PA -da sədr müavini olmuş bu mafioz imkan verməyib ki, Avropa Şurası Azərbaycanlı siyasi məhbusları müdafiə etsin. Yadınızda olar, 2013-cü ildə İlham Əliyev fəxrlə danışardı ki, alman deputat Ştrasserin hazırladığı siyasi məhbuslar siyahısı AŞ PA-dan keçmədi. İndi tam sübut olunur ki, həmin qərarın keçməməsi üçün rejim xeyli rüşvət veribmiş.

Bütün cinayəti sübut olunmuş Luka Volontey İtaliya prokurorluğu ilə əməkdaşlıq etməyə razılaşıb. Yəqin ki, yaxın günlərdə rüşvətin bu Lukaya kimlər tərəfindən verildiyi də açıqlanacaq. Xalqın boğazından kəsilmiş milyonları lukakimilərə yedizdirənlər hazırlaşsınlar.