Şahmar Mövsümovun səviyyəli iqtisadçı axtarması

sahveled_cobanogluŞahvələd Çobanoğlu

Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov şikayətlənib ki, ölkədə yüksək səviyyəli iqtisadçılar azdır. Adam soruşmaq istəyir ki, bəs analoqu olmayan iqtisadi inkişafa necə nail olmuşdunuz? Analoqu olmayan iqtisadçılarınız necə oldu? Göyəmi uçdular?

İş başında sizlərsinizsə, başqa səviyyəli iqtisadçıları nəyə lazımdır? Siz vəzifədə oturub varlanacaqsınız, kənardan səviyyəli iqtisadçılar həll edəcək ölkənin problemini? Buyurun, həll edin yaratdığınız böhranı. Həll edə bilmirsinizsə, səviyyəniz çatmırsa, niyə yapışıbsınız kreslolardan, iqtidardan?!

Hə, qara qızılı da insan kapitalına çevirmişdiniz, hanı bəs səviyyəli kadrlar?

Səviyyəli iqtisadçılar yoxdursa, bu, iş başında olanlara aiddir.

Azərbaycanda isə kifayət qədər səviyyəli, vicdanlı iqtisadçı var.

 

Yazı müəllifin Facebook səhifəsindən götürülüb