İspaniyanın “Barselona” klubu uruqvaylı hücumçusu Luis Suareslə müqaviləni uzatmaq niyyətindədir.
“Report” xəbər verir ki, futbolçu artıq dekabrın 16-da 2022-ci ilədək nəzərdə tutulan yeni sazişə imza ata bilər.
Müqavilənin şərtləri açıqlanmır.
Suares Kataloniya klubunun heyətində cari mövsümdə keçirdiyi 14 oyuna 10 qol vurub və 4 məhsuldar ötürmə edib.



