İtkin düşən neftçilərin qardaşı: “Çürümüş estakada idi…”

yanan-platforma-shlyubkaDekabrın 15-də səhər saat 5-də Xəzər dənizində “Azneft” İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsində yerləşən estakadanın uçması nəticəsində itkin düşən neftçilərdən – Azay və Güloğlan Zülfüqarov iki qardaş olub. Güloğlanın 52, Azayın isə 45 yaşı var, azı 20 ildir orada işləyirdilər. Bu haqda Azadlıq Radiosuna onların qardaşı Çingiz Zülfüqarov məlumat verib. Onun sözlərinə görə qardaşlar 3 gün öncə işə gediblər, bu gün geri qayıdacaqlarmış:

https://www.youtube.com/watch?v=ZASUV5hdy4w