Təkcə çörək və toyuq niyə?

 

toyuq quşçuluqAzərbaycanda bu məhsulların idxalı və satışı 3 il müddətinə ƏDV-dən azad ediləcək

 

Nemət Əliyev: «ƏDV-nin götürülməsi qiymət artımının qarşısını müəyyən müddət ala bilər»

 

Azərbaycanda buğdanın idxalı və satışı 3 il müddətinə ƏDV-dən azad ediləcək. “APA-Economics”in məlumatına görə, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, eləcə də Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında vergilər naziri Fazil Məmmədov deyib ki, bununla bağlı Vergi Məcəlləsinə dəyişikliyin edilməsi təklif olunur.

 

Onun sözlərinə görə, qanun layihəsində buğdanın idxalı və satışı ilə yanaşı buğda unu və çörəyin istehsalı və satışının da 3 il müddətinə ƏDV-dən azad edilməsi nəzərdə tutulur.

 

Qeyd edək ki, bu ilin yanvarın 1-dən buğdanın idxalı və satışı, buğda unu və çörəyin istehsalı və satışı 1 il müddətinə ƏDV-dən azad edilmişdi. Məcəlləyə dəyişikliklə bağlı qanun layihəsi qəbul olunarsa, buğdanın idxalı və satışı, buğda unu və çörəyin istehsalı və satışının ƏDV-dən azadolma müddəti daha 2 il artırılacaq.

F. Məmmədov onu da qeyd edib ki, Azərbaycanda quş ətinin satışı 3 il müddətinə ƏDV-dən azad ediləcək.

 

Eyni zamanda Azərbaycanda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, səhiyyə və tibb xidmətlər göstərən qurumların gəlirlərinin mənfəət vergisindən müddətsiz azad olunması nəzərdə tutulub.

Qeyd edək ki, bu təklif Vergilər Məcəlləsinə hazırlanan yeni dəyişikliklər layihəsində qeyd olunub. (report)

Bu addımlar heç şübhəsiz növbəti devalvasiyadan sonra baş verə biləcək qiymət inflyasiyasına hesablanıb. Məhz bu üzdən də çörəyin, unun və toyuq ƏDV-dən azad olunub. Amma bu addım digər məhsullara niyə şamil edilmir? Niyə məhz oliqarxların maraqlı olduğu məhsullar ƏDV-dən azad edilir.

Tibb müəssisələrinin mənfət vergisindən azad edilməsi də maraq doğurur.

nemet-eliyev

İqtisadçı Nemət Əliyev hesab edir ki, bu addım kütləvi şəkildə arta biləcək narazılığın qarşısını almaq məqsədilə edilir. Bir sıra ərzaq məhsullarının ƏDV-dən azad edilməsi görünür ona hesablanıb ki, bu məhsullarda kəskin bahalaşmanın qarşısını ala bilsinlər: «Amma bu da vəziyyətdən çıxış yolu deyil. Əgər biz ölkə daxilində yem bazası nə qədər ki, xarici ölkədən gətirilir manatın dəyər itirməsinin fonunda quş əti məhsullarının qiymətinin artımının qarşısını almaq mümkün deyil. Bu dəfə ƏDV-ni qaldırdılar, növbəti addım necə olacaq. Axı hökumət bəyan edib ki, gələn il manat tam üzən məzənnəyə keçəcək. Bu açıqlamanın özü manatın daha sürətlə ucuzlaşmasına səbəb olacaq. Eyni zamanda Azərbaycanın ərzaq buğdasına olan tələbatının da böyük hissəsi xaricdən asılıdır. Analoji vəziyyət orada da mövcuddur. Ona görə ƏDV-nin götürülməsi qiymət artımının qarşısını müəyyən müddət ala bilər».

Tibb sahəsində də qiymətlərin ildırım sürətiylə qalxdığını deyən N.Əliyev vurğuladı ki, apteklərdə satılan dərmanların qiymətləri sürətlə artır. Tibb müəssisələrinin mənfət vergisindən azad olunmasının bu sahədəki qiymətlərə təsir etməyəcəyini düşünən N.Əliyev vurğuladı ki, bütün sahələrdə vergi və gömrük orqanlarının sahibkarlarının üzərinə səlib yürüşü var. Bu strukturlar külli miqdarda qeyri-rəsmi ödənişlər tələb edirlər: «Ona görə qiymət artımının qarşısını almaq üçün başqa yöndə fəaliyyət göstərmək daha düzgün olar. Korrupsiyanın, rüşvətxorluğun qarşısının alınması daha effektivlidir, nəinki bu cür manipulyasiya hesabına qiymətlərin aşağı salınmasına cəhd edilməsi».

Xəyal