Navalnı seçkilərə buraxılacaqmı?

navalniy

Politoloq Aleksey Navalnı 2018-ci ilin prezident seçkilərində iştirak etmək niyyətini açıqlayıb və öz proqramını elan edib. Dojd telekanalı Putinin onu seçkiyə buraxıb-buraxmayacağı ilə bağlı politoloqların fikrini alıb.

“İndi prezident seçkilərinə namizədliyi elan etmək üçün ideal vaxtdır. Navalnı ilin önəmli siyasi fəaliyyətini həyata keçirir – təkcə prezident seçkiləri üçün deyil, Putin getməyinə hazırlıq üçün keçid dövrü elan edir. Navalnı bu periodda Putinlə eyni ranqda ola biləcək fiqura çevrilir. Kreml üçün Navalnı ciddi risk daşıyır. Putindən başqa istənilən hakimiyyət namizədi ilə ədalətli seçki mübarizəsində müxalifət 30-40% səs yığa bilər, ikinci turda isə şanslar bərabərdir. Navalnının seçkilərə buraxılması məsələsinə isə ən yüksək səviyyədə baxılacaq”, – politoloq Qleb Pavlovski bildirib.

“Navalnının bəyanatı həm də strateji əhəmiyyət daşıyır – həm hakimiyyət, həm müxalifət, həm də biznes qruplarına mesaj verilir ki, müxalifətin vahid namizədi peyda olub. Əgər hakimiyyət onu seçkilərə buraxmasa, rahatlıqla deyə bilər ki, hakimiyyət ondan qorxdu. Kremlin nöqteyi-nəzərindən o, hazırki prezident üçün təhlükə kəsb etmir, mümkün digər namizədlər üçün isə təhdid təşkil edir”, – politoloq Valeri Solovyov deyib.

“Əgər Navalnını seçkilərə buraxsalar və qeydiyyat üçün lazımı imzaları yığmağa müvəffəq olsa, qalib gəlməsə belə ən azından şəxsi şöhrətini artırmaq imkanı əldə edəcək”, – politoloq Yevgeni Minçenko belə düşünür.