BMT Təhlükəsizlik Şurasının Hələbdəki vəziyyətlə bağlı iclasında ABŞ-nın qurumdakı daimi nümayəndəsi Samanta Pauer Rusiyanı Suriyada hərbi cinayət törətməkdə ittiham edib. Pauer bildirib ki, Hələbdə baş verənlər eynilə 1994-cü ildə Ruandada və 1993-cü ildə Srebrenitsada baş verənlər kimi beynəlxalq ictimaiyyətin üzərində ləkə kimi qalacaq.
“Əsəd rejimi, Rusiya və İran – sizin qoşunlar bu cinayəti törədir. Buna görə utanmalısınız”, – deyə o bildirib.
Həmçinin Böyük Britaniya və Fransa nümayəndələri də analoji bəyanatlarla çıxış ediblər.
Almaniya hökumətinin nümayəndəsi Şteffen Zaybert də Hələbdə baş verənlərə görə Rusiyanı ittiham edib və Moskvaya qarşı yeni sanksiyaların mümkünlüyünü qeyd edib.
azadlıq.info



