“Qarabağ” Avroliqa ilə vidalaşdı

avroliqa2Bu gün Avropa Liqasının qrup mərhələsinə yekun vurulub.

Ağdamın “Qarabağ” klubu həlledici oyununa çıxıb. “Qarabağ” Bakıda İtaliyanın “Fiorentina” klubunu qəbul edib və 1:2 hesabı ilə uduzaraq turnirdə mübarizəni dayandırıb. “Qarabağ” qrupu 3-cü pillədə bitirib. “Fiorentina” isə qrupu birinci pillədə başa vurub.

Digər oyunda PAOK “Slovan”a 2:0 hesabı ilə qalib gələrək növbəti mərhələyə yüksəlib.

“Qarabağ” – “Fiorentina” (İtaliya) – 1:2
Qollar: Vesino, 60 (0:1), Reynaldo, 73 (1:1), Kyeza, 76 (1:2)