Vətənimin kürəyini Qara dəniz,
Sinəsini, sinəsini Xəzər yusun. …
sınırını Qurd qorusun !
Biz kəfənsiz sağ ölüyük,
…bax beləcə sağ ölürük Şuşa təkin,
Laçın təkin !
Qayçıya gələn parçayıq heeyy…
Qalalıqdan endik, qalaçayıq heeyy…
Çox ölkə ayağından başlayır,
Sən dizindən, Vətən !
Gəzir ayağın Tanrını nə etsin deyə,
Özünü başınacan Tanrıdan istəsin deyə…
Əzəldən Ərhun, Tural olduq,
İndi Multikultural olduq.
Demək, gödələcəyik ürəyimizə qədər,
Demək, xırdalanacağıq
duzumuzdan çörəyimizə qədər…!
Multi kul Tural- kiçik qul Tural arzusudu
Arazı bölənin, daşnağın…
Nə qəribə duam varmış,
İtirdiyin ayağını əlin yusun, Vətən…!