Yunanıstanın qaz operator şirkəti DESFA ilə bağlı Socar arasındakı danışıqlar uğursuzluqla bitib. Socar şirkətin səhmlərinin 66 faizini almağa çalışırdı. Bunun üçün Yunanıstan hökuməti 400 milyon avro istəyirdi. Socar qiymətin aşağı salınmasını təklif edirdi. Ynanıstan tərəfi Socarın təklifini qəbul etmədi. Ölkənin energetika naziri tenderin ləğv ediləcəyini bildirib.
azadliq.info