Salyanda qətl hadisəsi baş verib. Hadisə bu gün saat 12.00 radələrində rayonun Xurşud kəndində qeydə alınıb.
Kənd sakini, 1999-u il təvəllüdlü Əsədov Əkbər Rauf oğlu bacısı, 1998-ci il təvəllüdlü Fərqanə Əsədovanı bıçaqlayıb. Ürək nahiyəsindən bıçaq xəsarəti alan F. Əsədova hadisə yerində ölüb.
Ə. Əsədov özü polisə könüllü təslim olub.
Faktla bağlı Salyan Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.