Neft Fondunun pulları hara gedəcək?

samir-sherifovSərt monetar siyasətin nəticəsi olaraq Dövlət Neft Fondunun aktivlərində azalmanın qarşısı alınıb.

Bu barədə maliyyə naziri Samir Şərifov gələn il dövlət büdcə layihəsinin komitələrin birgə iclasında müzakirəsində deyib.

“Bu ilin sonuna Dövlət Neft Fondunun aktivləri 3,9 mlrd. ABŞ dolları azalmalı idi. 2016-ci ilin ötən dövründə Azərbaycan Mərkəzi Bankı və hökumətin atdığı addımların və sərt monetar siyasətinin nəticəsi olaraq, Dövlət Neft Fondunun aktivlərində azalmanın qarşısını alıb.”

Samir Şərifov bildirib ki, Dövlət Neft Fondunun 2017-ci il üçün büdcəsinin gəlirləri 8 370,6 mln. manat nəzərdə tutulur ki, bu da 2016-cı illə müqayisədə 4 889,1 mln. manat və ya 2,4 dəfə çoxdur.

Dövlət Neft Fondunun 2017-ci il üçün büdcəsinin xərcləri 6 951,3 mln. manat təşkil edəcək ki, bu da 2016-cı illə müqayisədə 3685,0 mln. manat və ya 34,6% azdır.

Fondun xərclərinin 6 100,0 mln. manatı və ya 87,8%-i dövlət büdcəsinə nəzərdə tutulan transfertə, 822,0 mln. manatı və ya 11,8%-i bir sıra infrastruktur layihələrinin maliyyələşdirilməsinə (qaçqınların və məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələləri ilə bağlı bəzi tədbirlər, Samur-Abşeron suvarma sisteminin yenidən qurulması, Bakı-Tbilisi-Qars yeni dəmir yolu, CQD-i layihələrində Azərbaycanın iştirak payı), 29,3 mln. manatı və ya 0,4%-i “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramları”nın maliyyələşdirilməsinə yönəldiləcək.

(Report)