
“Bəşər Əsədin devirilməsi ilə bağlı prezident Erdoğanın dediklərinə aydınlıq gətirilməsini gözləyirik”.
Bunu noyabrın 30-da Kremlin sözçüsü Dimitri Peskov bəyan edib.
Amma o qeyd edib ki, bu bəyanata görə Rusiya-Türkiyə münasibətlərinin dəyişməsindən danışmaq hələ ki, tezdir.
Peskov qeyd edib ki, Türkiyə prezidenti Recep Tayyip Erdoğanın Suriya prezidenti Bəşər Əsədi devirmək barədə dedikləri Rusiyanın Suriya ilə bağlı mövqeyinə uyğun gəlmir və Moskva bu bəyanata aydınlıq gətirilməsini gözləyir.
Erdoğan bundan əvvəl İstanbulda çıxış edərkən bildirib ki, Türkiyə “qəddar” Bəşər Əsəd rejimini devirmək üçün Suriya ərazisində antiterror əməliyyatına başlayıb.
Peskovsa buna işarə olaraq qeyd edib ki, təkcə Rusiya ordusu Suriyaya qanuni girib.



