OPEK-də razılaşma olmasa, neft nə qədər ucuzlaşa bilər?

Maliyyə xidmətləri şirkəti Goldman Sachs Group-a görə, neft bazarı, sabah Vyanada keçiriləcək OPEC üzvlərinin toplantısında hasilatın azaldılması razılaşmasına 30 faiz ehtimal verir.

“Marja” Bankın hesabatına istinadən xəbər verir ki,Çərşənbə günü Brent neftin barrel qiyməti 6 dollar ətrafında dalğalana bilər. Goldman analitiklərinə görə, OPEC-in razılaşması vəziyyətində, neftin barrel qiyməti 50 dolların yüngül üzərindəki səviyyələrə doğru qalxa bilər və gələn ilin ilk yarısında 55 dollara çıxa bilər.

Goldman-a görə, OPEK-in razılaşama bilməməsi vəziyyətində isə qiymətlər gələn ilin birinci yarısında ortalama 45 dollar səviyyəsində qala bilər.

Brent nefti Londonda ICE Futures Europe birjasında Bakı vaxtı ilə saat 15:40-da 1.4 faiz azalma ilə 47.59 dollardan əməliyyat olunub.

OPEK 8 ildən bu yana ilk dəfə neft hasilatını azaltmaq üzrə razılığa gələ bilər. Ən azından buna ümid var. OPEC, Oktyabr ayında gündəlik 34 milyon barrel ilə rekord səviyyələrə çatan neft hasilatını 32.5 ilə 33 milyon barrel aralığına salmağı müzakirə edir. Bazar ertəsi günü OPEC rəsmiləri plan üzərindəki fikir ayrılıqlarını həll edə bilmədilər. Səudiyyə Ərəbistanı hasilatın azaldılmasının lazım olmaya biləcəyinin açıqlayıb.