Azərbaycan ərazisindən Gürcüstana keçirilən böyük miqdarda brilyant qonşu ölkənin gömrükçüləri tərəfindən saxlanılıb.
Məlumata görə, noyabrın 23-də şübhəli şəxs qismində saxlanılanlar Azərbaycan-Gürcüstan sərhədini “Qırmızı körpü” sərhəd-keçid məntəqəsindən keçiblər. Onlar özləri ilə 557 ədəd brilyantı sərhəddən keçirməyə nail olublar. Brilyant şübhəlilərin pul kisəsindəki xüsusi saxlanc yerində və paltarlarında gizlədilib. Lakin gürcü gömrükçüləri onları saxlayıb.
https://www.youtube.com/watch?v=NgDVb7vx3SU
Faktla bağlı cinayət işi qaldırılıb. Saxlanılanların kimliyi və hansı ölkə vətəndaşı olduqları göstərilmir.
Sayt bildirir ki, 2 il əvvəl Azərbaycandan maye halında keçirilən 3 ton heroin Gürcüstan gömrükçüləri tərəfindən saxlanılmışdı. Yükün əfqan mənşəli olduğu, İran üzərindən Azərbaycana, oradan isə Avropaya daşınmaq üçün Gürcüstana keçirildiyi məlum olmuşdu.



