9 ay ərzində Azərbaycanın xarici borcu 11% artıb

dollar2016-cı il oktyabrın 1-nə Azərbaycanın xarici dövlət borcu 7 mlrd. 650,7 mln. (12 mlrd. 402,6 mln. manat) təşkil edir. Bu barədə Maliyyə Nazirliyindən məlumat verilir.

Xəbər verildiyi kimi, 2016-cı il yanvarın 1-nə Azərbaycanın birbaşa və zəmanətli xarici borcu 6,9 mlrd. dollar təşkil edib. Beləliklə, 2016-cı ilin yanvar-sentyabr aylarında respublikanın xarici borcu 10,9% artıb.

Nazirliyin məlumatına görə, 2015-ci ili oktyabrın 1-nə Azərbaycanın xarici borcu ÜDM-in 20,1%-ni təşkil edir.