Yanukoviç video konfrans rejimində dindiriləcək

yanukovic-beyanatUkraynanın sabiq prezidenti Viktor Yanukoviçin video konfrans rejimində dindirilməsini 286 jurnalist işıqlandıracaq.

 

APA-nın “112 Ukrayna” telekanalına istinadən verdiyi xəbərə görə, bu barədə Kiyevin Svyatoşinsk rayon məhkəməsindən bildiriblər.

 

Məlumata əsasən, V.Yanukoviç  “Berkut” xüsusi təyinatlı milis dəstəsinin 5 sabiq əməkdaşının işi üzrə şahid qismində dindiriləcək. Məhkəmənin noyabrın 25-də keçiriləcəyi planlaşdırılır.

 

Xatırladaq ki, 2014-cü ildə ləğv edilən “Berkut” Ukraynadakı kütləvi etiraz aksiyalarının iştirakçılarına güc tətbiq edən əsas struktur olub.