Avropa Liqasında qrup mərhələsinin V turunun oyunları keçirilir.
“Qarabağ” səfərdə “Slovan”ın qonağı olub. Bu qarşılaşma Ağdam klubu üçün tarixi əhəmiyyət kəsb edirdi.
Belə ki, Qurban Qurbanovun komandası Liberetsdən 3 xalla qayıdacağı halda, Avropa Liqasının 1/16 final mərhələsinə yüksələcəkdi.
Lakin komandamız rəqibinə üç cavabsız qolla uduzaraq qrupdan cıxmaq şansını növbəti oyuna saxlayıb.
“Slovan” (Çexiya) – “Qarabağ” (Azərbaycan) – 3:0
Qol: Vuç, 11, Kamliçenko, 57, 63



