Qarabağ qazisi: “Mitinqə görə 30 sutka həbs cəzası aldım…”

mitinqqqAğsu rayon Melioratorlar qəsəbəsi ev 2, mənzil 10 ünvanında yaşayan Qarabağ müharibəsi veteranı Qəmbərov Səxavət Paşa oğlu Milli Şuranın mitinqlərinə qatıldığına görə haqsızlıqla üzləşib. Səxavət Qəmbərov başına gələnləri redaksiyamıza yazıb: “16 iyul 2016-cı ildə tarixində oğlum Mirpaşa qaraçı əsilli qadınlar tərəfindən döyülmüşdür. Qanuna uyqun olaraq, biz 102 xidmətinə zəng vurduq. Lakin Ağsu Rayon Polis İdarəsi işi birtərəfli apararaq məhkəməyə göndərdi. Biz ailəliklə oğlumuzun düyülmə cinayətinin düzgün və qanuni araşdırılmasını tələb etsək də, heç bir nəticəyə nail ola bilmədik.

Bu da azmış kimi, 11 və 17 sentyabr 2016-cı il tarixlərində müxalifətin icazəli mitinqinə qatılmağıma görə mənə təzyiqlər başladı. Mitinqlərdə iştirak etdiyimə görə dəfələrlə mənə Ağsu rayon icra hakimiyyətin başçısı Ə.Seyidəliyev tərəfindən xəbərdarlıq olundu, pul təklif edilər, evimin həndəvərinə nəzarətçi qoydular, ailə üzvümə hədə-qorxu gəldilər. Həyat yoldaşıma bildirdilər ki, Səxavət mitinqə getsə, onu həbs edəcəklər. Həyat yoldaşım da onlara bildirmişdi ki, mitinqə hökumət icazə verib. Mən bütün təhdidlərə baxmayaraq icazəli mitinqlərdə iştirak etdim. Bundan sonra isə oğlumun döyülməsindən 3 ay keçməsinə baxmayaraq, Milli Şuranın mitinqində iştirak etdiyimə görə, Ağsu RPİ-nin rəisi Eldar Paşayev, xidmət üzrə rəis müavini Kərim Kərimov, bölmə rəisi Vüqar Novruzəliyev, təhqiqatçı H.Mənsimli, sahə inspektoru Mehman Abdullayev, RMX bas həkimi M.Sərəbanlı, cərrah Əzizov Fazil və ekspert-həkim Ə.Əfrasiyabın iştirakı mənə qarşı qondarma əməliyyat həyata keçirdilər 13 oktyabr 2016-cı il tarixində Ağsu RPİ-nin təhqiqatçısı H.Mənsimli məni polis idarəsinə dəvət edərək bildirdi ki, məndən şikayət ərizəsi var. Heç bir tərəddüd etmədən, vəkil tələb etmədən olduğu kimi izahat yazdım. Təhqiqatçı dedi ki, mən qaraçı Babayev Məhəmmədi döymüşəm. Mən izahatda orada iştirak edən şahidləri göstərdim, lakin buna baxmayaraq heç bir şahid ifadəsi alınmadan sabahısı gün məni polis idarəsində mühasirəyə alaraq həbs etdilər. Əməliyyata başçılıq edən xidmət üzrə rəis müavini Kərim Kərimov idi. Sən demə, polis saxta həkim arayışı ilə işi məhkəməyə təqdim edibmiş və məhkəmə polis idarəsinin istəyini təsdiq edərək mənə 30 sutka həbs verdi. Döyülən oğlum olsa da, mitinqə getdiyimi görə məni döyən elan edib, həbs etdilər”.