“Qara bazar”da dolların alış və satış qiymətləri qalxmaqda davam edir. Bu gün “qara bazar”da dolların qiyməti 1.85-1.90 manat arasında dəyişir.
Banklarda dolların satış qiyməti maksimum 1.7830 manatdır. Banklar isə dollar satmırlar.
24 noyabr 2016-cı il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirak etdiyi növbəti ikitərəfli valyuta hərracı keçirilib. Mərkəzi Bankdan daxil olmuş məlumata görə, hərrac 1 ABŞ dolları üçün 1,7146 məzənnəsi ilə başlamış və 1,7196 məzənnəsi ilə yekunlaşıb (Marja).



