Trampın bəyanatları birjalarda görünməmiş artıma səbəb oldu

birja

ABŞ-ın fond bazarının əsas indeksləri artıb:  S&P 500 indeksi 2202,94 pilləyə, Dow Jones isə 19 023,87 pilləyə yüksəlib. Beləliklə, Dow Jones mövcud olduğu dövr ərzində, yəni 1896-cı ilin may ayından indiyədək ən yüksək həddə çatıb. Fond bazarındakı artımın səbəbi ABŞ-ın yeni seçilmiş prezidenti Trampın vergiləri azaldacağı və infrastruktura investisiyaları artıracağı ilə bağlı bəyanatlarıdır. (fins.az)