ABŞ-ın yeni prezidenti Donald Tramp komandasına vəzifəsinin ilk günü imzalaya biləcəyi fərmanların siyahısını hazırlamağı tapşırıb. O bildirib ki, onun ilk 100 gündə fəaliyyət proqramı “İlk növbədə Amerika” prinsipinə əsaslanacaq. Bu da qanunları bərpa edəcək və iş yerlərini qaytaracaq.
“Söhbət polad istehsalı, avtomobil yığılması və xəstəliklərin müalicəsindən gedir. İstehsal və texnoloji yeniliklərin burda baş verməsini istəyirəm. Bu da amerikalı işçilər üçün yeni iş yerləri və imkanlar yaradır”, – deyə o qeyd edib.
Tramp deyib ki, prezident kimi ilk iş günündə o Trans-Sakit Okean Tərəfdaşlığı ticarət razılaşmasından çıxmaq niyyəti ilə bağlı bildiriş yayacaq. Ağ Evin yeni rəhbəri ikitərəfli razılaşmaların tərəfdarıdır və bunu ədalətli hesab edir.
Bundan əlavə, Tramp Pentaqondan ABŞ infrastrukturlarının kiberhücumlardan qorunması üçün geniş planın hazırlanmasını istəmək niyyətindədir.
Bununla yanaşı Tramp ABŞ-la Meksika arasında divarın tikintisi planından söz açmayıb.
Ağ Evin yeni rəhbəri bildirib ki, iş yerlərinin sıradan çıxarılmasına səbəb olan enerji daşıyıcılarını istehsalına qoyulan məhdudiyyəti aradan qaldıracaq. Bura şist enerjidaşıyıcıları və kömür də daxildir.
azadlıq.info