yap-emblem

YAP üzvlərinə görə xalqdan üzr istəyəcəkmi?

yap-emblem“Rabitə işi” ilə bağlı yayılan məlumatlarda diqqətçəkən məqamlardan biri də rabitə nazirliyinin korrupsiyada ittiham edilərək həbs olunan vəzifəli şəxslərinin hakim Yeni Azərbaycan Partiyasının (YAP) üzvləri olmasıdır.

Məsələn, “Azetelekom” MMC-nin keçmiş baş direktoru uzun müddət YAP-ın Mərkəzi Həzarət Təftiş Komissiyasının sədri olub. Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin (BTRİB) keçmiş rəisi Beytulla Hüseynov da YAP üzvü olub. Bu şəxslər istintaqa ifadələrində “paket” aldıqlarını bildiriblər və bununla da korrupsiyaya bulaşdıqlarını etiraf ediblər.

Keçmiş rabitə naziri Əli Abbasovun istintaqa ifadəsindən isə məlum olub ki, onun aylıq şəxsi xərcləri 200-300 min manat təşkil edirmiş. Qeyd edək ki, Əli Abbasov azadlıqdadır. O, uzun müddət YAP-ın Siyasi Şurasının üzvü olub. Onun müavinləri, hər ay “paket” aldıqlarını deyən Elmir Vəlizadə və İltimas Məmmədov da YAP-ın üzvləridir.

Hazirliyin keçmiş aparat rəhbəri, hazırda həbsdə olan Vidadi Zeynalovun pul daşıyanı Sübhan Kazımov isə YAP-ın icra katibi, baş nazirin müavini Əli Əhmədovun bacısı oğludur.

Beləliklə, aydın olur ki, rabitə nazirliyində korrupsiya əməliyyatlarının başında duranlar YAP-çılar imiş. Hakim partiyanın rəhbərliyində təmsil olunanlar isə hər zaman çıxışlarında korrupsiyaya qarşı mübarizədən danışırlar.

Maraqlıdır, görəsən, YAP bu üzvlərinə görə xalqdan üzr istəyəcəkmi?