Azərbaycan hökuməti Azərbaycanda orta illik inflyasiyanı 7,3% səviyyəsində proqnozlaşdırır. Bu barədə hökumətdən məlumat verilib.
“2016-cı ilin yekunları üzrə inflyasiya 12,1%, 2017-ci ilin yekunları üzrə 7,3% səviyyəsində proqnozlaşdırılır”, – deyə agentliyin həmsöhbəti bildirib.
Onun sözlərinə görə, 2018-2020-ci illərdə hökumət inflyasiyanın azalması tendensiyanın qorunmasını gözləyir.
Xüsusilə, 2018-ci ildə orta illik inflyasiya 4,9%, 2019-cu ildə 3,9%, 2020-ci ildə 3,5% səviyyəsində proqnozlaşdırılır.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2016-cı ilin oktyabr ayının yekunları üzrə Azərbaycanda orta illik inflyasiya 11,6% təşkil edib. O cümlədən, il ərzində ərzaq məhsulları 13,4%, qeyri-ərzaq məhsulları 16,3%, xidmətlər 5.4% bahalaşıb.
2015-ci ilin yekunları üzrə Azərbaycanda orta illik inflyasiya 4% təşkil edib.
(İnterfaks-Azərbaycan)