
Ardıcıl olaraq dördüncü həftədir 10 minlərlə etirazçı Cənubi Koreyanın paytaxtı Seulun küçələrinə çıxaraq prezident Pak Kın Xenin istefasını istəyir.
Koreya liderinin rəfiqəsinin dövlət işlərinə qarışması səbəbilə baş tutan skandala görə prezident istefaya getməkdən imtina edir.
Aksiya hələlik insidentsiz keçir, lakin küçələrə çoxlu sayda polis yerləşdirilib, avtobus və yük maşınları prezident sarayına gedən yolu bağlayıb.
Pak Kın Xenin tərəfdarları eyni vaxtda kiçik aksiyalar keçirməyə hazırlaşır.



