Lukaşenko: “Putin Ukrayna ilə barışmalıdır”

Александр Лукашенко / REUTERS

Belarusiya prezidenti Aleksandr Lukaşenko Rusiya lideri Vladimir Putinə Ukrayna ilə barışmağı məsləhət görüb və vasitəçi kimi öz xidmətini təklif edib.

“Bu konflikt həm Rusiya, həm də Ukrayna üçün çox ağır nəticələrə gətirib çıxara bilər”, – Lukaşenko deyib.

“Mən Vladimir Vladimiroviçə dedim ki, elə bir şey fikirləşib tapmaq lazımdır ki, əks proses başlasın, münasibətlər düzəlsin. Burda qalib yoxdur, konflikt nə qədər çox sürsə, Ukrayna və Rusiya üçün bir o qədər pis olacaq”, – o bildirib.

Lukaşenko həmçinin Donbasda “tam dürüst seçkilərin” təşkilinə və Ukrayna-Rusiya sərhədinin mühafizəsinə kömək etmək təklifi edib.