Türkiyə İsrailə səfir təyin etdi

turk-israil_bayraqTürkiyə İsrailə yeni səfir göndərib. Bu vəzifəyə Kamal Ökem Ərdoğan təyin olunub.

Qeyd edək ki, Kamal Ökem Ərdoğan altı ildən sonra İsraildə çalışacaq ilk diplomat olacaq. İsrailin Ankaradakı səfiri postuna isə Eitan Naeh təyin edilib.

Xatırladaq ki, iki dövlət arasında münasibətlər 2010-cu il mayın 31-də pozulub. Belə ki, Qəzzaya humanitar yardım aparan Türkiyənin “Mavi Mərmərə” gəmisi İsrail hərbçilərinin hücumuna məruz qalıb. Nəticədə Türkiyənin 9 vətəndaşı öldürülüb.