1300 işçi məcburi məzuniyyətə göndərilir

xezer-deniz-gemiXəzər Dəniz Gəmiçiliyi idarəsinin  “Bibiheybət” Gəmi Təmiri Zavodunun  işçiləri məcburi məzuniyyətə göndərilir. Bu barədə idarənin adının çəkilməsini istəməyən işçisi azadliq.info-ya məlumat verib.

“Gəmi Təmir Zavodunun 1300-ə yaxın işçisini növbə ilə öz hesablarına məzuniyyətə göndərillir. Bunu iş olmaması ilə əlaqələndirirlər. Amma idarənin gəmiləri digər firmalara icarəyə verilir. Halbuki, idarənin öz işçiləri həmin işləri görə bilər”,- məlumatda bildirilir.

Redaksiyamıza müraciət edən şəxs Gəmi Təmiri Zavodunda gəmilərin doğranaraq “metalloma” verildiyini də bildirib.

 azadliq.info