Cəbhəçi gənc həbs olundu

emil-isgenderovAXCP Gənclər Komitəsinin fəalı Emil İsgəndərova 5 sutka həbs cəzası verilib.

************

Əldə etdiyimiz son məlumata görə, Emil İsgəndərov Yasamal Rayon Polis İdarəsindədir.

************

AXCP Gənclər Komitəsinin fəalı Emil İsgəndərov bu gün səhər saatlarında yaşadığı Binə qəsəbəsində polis əməkdaşları tərəfindən saxlanılıb. Binə qəsəbəsənin Bəxtiyar adlı sahə müvəkkili Emilin valideynlərinə bildirib ki, oğlunuz Mərdəkana aparılıb, sonra isə Emilin baş idarəyə aparıldığını söyləyib.

Qeyd edək ki, Emil İsgəndərov  ötən həftədən etibarən təzyiqlərlə üzləşir. Əvvəlcə onun əmisioğlu polis idarəsinə aparılaraq, 5 saat dindirilib. Məlum olub ki, bütün bu basqıların səbəbi Emil İsgəndərovun siyasi fəaliyyətidir. Bundan sonra sahə müvəkkili bir neçə dəfə Emili axtarıb və səbəbini belə izah edib ki, qəsəbədə kirayədə qalanların siyahısını yığır.

azadliq.info